...

Bakının Səbayıl Rayon Polis İdarəsinin əməkdaşı öldürülüb

Hadisə Materials 10 May 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Bakının Səbayıl Rayon Polis İdarəsinin əməkdaşı öldürülüb. Daxili İşlər Nazirliyindən cümə axşamı verilən məlumata görə, rayonun Nizami küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Zakiri sərxoş halda ictimai qaydanı kobud surətdə pozduğu üçün onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Səbayıl Rayon Polis İdarəsinin Əlahiddə Polis Bölüyünün əməkdaşları, polis serjantları Amil İbrahimova boğaz nahiyəsindən, Arif İsmayılova isə qolundan bıçaqla xəsarət yetirib. İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb, İsmayılovun vəziyyəti isə qənaətbəxşdir.Zakiri həbs olunub. Barəsində Səbayıl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti