...

Azərbaycanın cənub bölgəsində meşə yanğını baş verib

Hadisə Materials 13 Avqust 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Dünən axşam saatlarında Lənkəran rayonunun Əşlə kəndinin Seyfidur meşə zolağında yanğın baş verib.

Rayon yanğından mühafizə xidmətinin maşınları yalnız dağın ətəyindəki yanğını söndürə biliblər. Maşınların hündürlüyə qalxması mümkün olmadığından dağlıq ərazidəki yanğını yerli sakinlər söndürməyə cəhd ediblər. Bu saat üçün yanğın artıq söndürülüb.

Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cəfərovun verdiyi məlumata görə, yanğın 0,5 hektar ərazini əhatə edib.

İlkin məlumata görə, hadisəyə səbəb əsasən yerli sakinlərin səhlənkarlığı, oddan ehtiyatsız davranmaları və əsən küləyin odun yayılmasına şərait yaratması olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti