...

Türkiyədə təyyarə qaçıranların dindirilməsi avqustun 22-dək davam edəcək

Hadisə Materials 20 Avqust 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Şənbə günü Lefkoşa-İstanbul reysi ilə uçan təyyarənin qaçırılması zamanı həmin təyyarədə olan sərnişinlərin səhhəti, psixoloji vəziyyəti müayinədən keçirilib, hər hansı ciddi problemlər aşkar edilməyib. Bu barədə Trend ə Türkiyənin "Atlasjet" Hava yolları şirkətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 18-də Şimali Kipr Türk Cümhuriyyətindən İstanbula uçan təyyarə içəridə olan iki nəfər tərəfindən Antalyaya qaçırılıb. Türkiyə vaxtı ilə saat 13.00-da hava təhdidçilərinin təslim olmasıyla hadisə sona çatıb.

Şirkətin rəhbəri Tuncay Doğanər yaydığı açıqlamada bildirib ki, hava təhdidçiləri hələ təslim olmazdan əvvəl təyyarənin içərisindəki sərnişin və ekipaj heyəti təhlil edilib. Onun sözlərinə görə, hava təhdidçiləri əvvəlcə pilot kabinasına girmək istəyiblər, lakin uçuş qaydalarına uyğun hərəkət edən "Atlasjet"in kilidli qapısını aça bilməyiblər. "Antalyaya enən təyyarənin sərnişinlərinin öz ailələri ilə əlaqə qurması təmin olunub. Sərnişinlər Antalya Hava Limanı VIP salonunda psixoloq və həkim müayinəsindən keçiriliblər. Sərnişinlərin səhhətində ciddi problemə rast gəlinməyib. Antalya və İstanbul hava limanlarına gələn sərnişinlərin yaxınları "Atlasjet" Müştəri Əlaqələri heyəti tərəfindən bir mərkəzdə toplanılıb, baş verənlər barədə onlara məlumatlar verilib" - deyə Doğanər bildirib.

O qeyd edib ki, yerə enən sərnişinlərlə Antalyada hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən lazımi təhlükəsizlik sorğuları aparılıb. Bundan sonra saat 14.00-dan etibarən "Atlasjet" təyyarəsi İstanbul xarci xətlər terminalına gəlib.

"Bizim şirkət üçün təhlükəsizlik birinci dərəcəlidir. "Atlasjet" heyəti təhlükəsizlik orqanlarından gələn təlimatlar çərçivəsində lazımi işləri həyata keçirib. Belə ki, heyətimizdə təmsil olunan insanlar təhsilli, peşəkardırlar. Bu cür vəziyyətlərə qarşı hazırlıqlıdırlar. Antalyadakı sərnişinləri daşıyan "Atlasjet" təyyarəsi təxminən saat 15.00-da İstanbul Atatürk Hava Limanına enib.

"Sərnişinlərimizi qarşılamaq üçün biz də Atatürk Hava Limanında olduq" - deyə hava yolları şirkətinin baş direktoru açıqlama verib.

Qeyd edək ki, təhdidçilər təyyarənin İrana yönləndirilməsini tələb ediblər. Lakin pilot kapitanlar təyyarəni Antalyada yerə endiriblər. Qarışıqlıqdan istifadə edən bir sıra sərnişinlər düşüb qaçmağa müvəffəq olublar. Qalan sərnişinləri isə terrorçular özləri sərbəst buraxıblar.

Ümumilikdə 4 saat yarım davam edən prosesin sonunda tədidçilər Türkiyənin güc strukturlarına təslim olublar. Türk millətindən olan Mehmet Rəşad Özlü və Suriya vətəndaşı Mommen Əbdül Talik Antalya Təhlükəsizlik İdarəsi terrorla mübarizə şöbəsinə aparılıblar. Hazırda onların dindirilməsi davam etdirilir. Avqustun 22-dək ilkin istintaqın başa çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti