...

Hüquq mühafizə orqanları Bakıda uçmuş binanın ərazisində KİV nümayəndələrinin işinə mane olur

Hadisə Materials 28 Avqust 2007 21:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Trend in müxbirin hadisə yerindən verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları Bakıda uçmuş binanın ərazisində KİV nümayəndələrinin işinə mane olur.

Çərşənbə axşamı axşam saatlarında Bakı şəhərinin Məmməd Naxçivani küçəsi 25 ünvanında tikilməkdə olan 16 mərtəbəli binanın dağıntıları altından üç işçi çıxarılıb. Qeyri-rəsmi məlumata görə, onlardan ikisi ölüb, biri isə xəsarət alıb.

Prezidentin icra apparatınını rəhbəri Ramiz Mehtiyev də daxil olmaqla Azərbaycan hökumətinin bütün yüksək vəzifəli şəxsləri hadisə yerindədir.

Bizim xəbərləri izləməkdə davam edin.

Xəbər lenti

Xəbər lenti