...

Bakıda uçmuş binanın altında daha bir insan sağ çıxarıldı (video)

Hadisə Materials 29 Avqust 2007 19:32 (UTC +04:00)
Bakıda uçmuş binanın altında daha bir insan sağ çıxarıldı (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakıda uçmuş binanın dağıntıları altından sağ qalmış daha bir şəxs çıxarıldı. Bu barədə hadisə yerində olan Trend in müxbiri xəbər verir.

Astara rayon Ərcivan kənd sakini 25 yaşlı Sakit Feyziyev ilk tibbi yardımdan sonra xəstəxanaya göndərildi. Həkimlərin bildirdiyinə görə, yaralının səhhəti qənaətbəxşdir.

Çərşənbə axşamı Bakıda Naxçıvani küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişməsində yeni tikilən hündürmərtəbəli bina çöküb.

Hələlik qeyri-rəsmi məlumatlara görə, dağıntılar altından 8 nəfərin cəsədi çıxarılıb, yaralılar isə xəstxanalara yerləşdirilir. Lakin rəsmi məlumatlarda beş nəfərin ölü çıxarıldığı, 4 nəfərin yaralı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti