...

Özünü MİS işçisi kimi təqdim edən Bakı sakini tutulub

Hadisə Materials 31 Avqust 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Özünü Xətai rayonundakı 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MİS) işçisi kimi təqdim edən Bakı şəhər sakini həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN)mətbuat xidmətindən cümə günü verilən məlumata görə, avqustun 25-də Fəyyaz Ağaşirinov özünü 97 saylı MİS-in işçisi kimi təqdim edərək 3-cü Alatava küçəsi, ev 91-də yaşayan Qəhrəman Zeynalovdan Məmmədov küçəsindəki 41 saylı evin zirzəmisinin 50 kvadrat metr sahəsinin ona məxsus olmasını bildirərək 4 min dollar pul alıb və əlavə 2 min dollar pul tələb edib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağaşirinov Zeynalovdan 2 min dollar pulu alarkən tutulub. Onun barəsində cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti