...

Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır

Maraqlı Materials 2 Noyabr 2011 13:21 (UTC +04:00)
Britaniyalı alimlər xoşbəxt və müsbət əhval-ruhiyyəli adamların çox yaşadıqlarını müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti yazır.
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Britaniyalı alimlər xoşbəxt və müsbət əhval-ruhiyyəli adamların çox yaşadıqlarını müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti yazır.

"Beş il ərzində tədqiqatçılar 52-79 yaşlarında azı 4 min insanın həyatını müşahidə ediblər. Məlum olub ki, həyatından az-çox razı olan adamlarda vaxtsız ölüm ehtimalı 35 faiz aşağıdır", - jurnalist Sedi Uaytloks yazır. Alimlərin fikrincə, bu, müsbət psixologiyanın xəstəlik və stressdən xilas olmağa kömək etməsinə dair ideyanı təsdiqləyir.

Təcrübə iştirakçıları gündə dörd dəfə həyatlarından razılıq və ya narahatlıq səviyyəsi barədə qeyd aparıblar.

Tədqiqatçı Endryu Stepto və onun həmkarları alimlərin bundan daha əvvəl gəldikləri fikirləri təsdiqləyiblər. Həmin fikirlər nikbinliyin sağlamlıq üçün faydalı olması, narahatlıq, depressiya və bədbinliyin isə xəstəlikləri artırmaq və ömrü qısaltmasından ibarətdir.

Lakin Stepto hesab edir ki, bu, xoşbəxtlik hissinin ömrü uzatmasına sübut deyil. O, yaşlı adamlar üçün daha çox müsbət emosiyaların vacibliyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti