Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir X.Murtuzayeva/
Sənətşünaslar ilkin İntibah dövrünün məşhur rəssamlarından biri olan Cotto di Bondonenin divar naxışında uzun illərdən bəri heç kimin diqqətini cəlb etməyən iblisin profilini aşkar ediblər. Bu barədə BBC xəbər verir.
Trend-in məlumatına görə, buludlarla əhatələnmiş divar naxışında rəssam tərəfindən məharətlə gizlədilən iblisin üz çevrəsini incəsənət tarixi sahəsində ixtisaslaşmış Kyar Fruqoni sezib.
Divar naxışının özü dilənçilik edən rahib ordeni banisinin vətənində - Assizidə Müqəddəs Fransiska bazilikasındakı qüvvələrin altında hündür divarda yerləşir.
Aşağıdan buludlarda qarmaqşəkilli buruna malik və acıqla gülümsəyən üzü ayırd etmək praktiki olaraq mümkün deyil.
Müqəddəs Fransiskanın ölümünü təsvir edən divar naxışı XIII əsrə aiddir. Cottonun özü məkanın təsvirinə prinsipcə yeni yanaşmanı yaradan və italyan İntibahının əsasını qoyan İtaliya rəssamlıq sanətinin banisi hesab edilir.
Kyar Fruqoninin sözlərinə görə, bundan əvvəl buludlara portret cizgiləri verməyə rəssamlardan ilk olaraq XV əsrdə Andrea Mantenyanın cəhd etdiyi hesab edilirdi. O, 1460-cı ildə İntibah dövrünün populyar xristian süjeti olan yaralanmış müqəddəs Sebastyanı təsvir edərkən bulud topalarından birinin üzərində sanki göydə üzən atlının cizgilərini gizlətmişdi.
Assizidəki Müqəddəs Fransiska bazilikasında sonuncu dəfə bərpa işləri 1997-ci il zəlzələsindən sonra aparılıb.
Bərpa işlərinə rəhbərlik edən Sercio Fuzettinin sözlərinə görə, Cotto iblisi onu öz düşmənlərindən birinin portretinə bənzədərək zarafat kimi də təqdim edə bilərdi.