...

Bill Klintonun qızı televiziya aparıcısı oldu

Maraqlı Materials 14 Noyabr 2011 16:17 (UTC +04:00)
Bill və Hillari Klintonların yeganə qızı Çelsi Klinton NBC telekanalında aparıcı olacaq.
Bill Klintonun qızı televiziya aparıcısı oldu

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bill və Hillari Klintonların yeganə qızı Çelsi Klinton NBC telekanalında aparıcı olacaq. Bu barədə "The New York Times" xəbər verir.

Trend-in məlumatına görə, Çelsi Klinton NBC-də könüllülük və ictimai həyat haqqında "Həyatı yaxşıya doğru dəyişərək" adlı proqramı aparacaq. Proqram NBC-nin axşam xəbərləri blokunda nümayiş olunacaq. Klinton artıq noyabrın 14-dən etibarən NBC-də işə başlayır.

NBC News-un rəhbəri Stiv Keypusun sözlərinə görə, Çelsi Klinton 2011-ci ilin yayında onunla görüşərək bildirib ki, ayrı-ayrı adamların könüllük və xeyriyyəçilik fəaliyyətlərini işıqlandırmaq istərdi. Çelsi Klinton onu da bildirib ki, NBC-də qazandığı bütün pulları Bill Klinton Fonduna və Corc Vaşinqton Universiteti yanındakı xəstəxanaya ianə şəklində vermək niyyətindədir.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, 2011-ci ilin sentyabrında 31 yaşlı Çelsi Klinton "IAC/InterActive" internet holdinqinin Direktorlar Şurasının tərkibinə daxil olub. Klinton artıq öz atasının fondunun işində iştirak edir və anası Hillari Klintonun 2008-ci il prezident seçkilərində dəstəklənməsi üçün ictimaiyyət qarşısında nitqlə çıxış edirdi.

Xatırladaq ki, Çelsi Klinton keçmiş ABŞ Prezidentinin NBC News-da çalışan yeganə qızı deyil. Belə ki, kiçik Corc Buşun qızı Cenna Buş Heyqer həmin telekanalda "Today" proqramında müxbir işləyir. Prezidentliyə namizədliyini irəli sürmüş Con Makkeynin qızı Meqan Makkeyn də MSNBC-un xəbər saytında çalışır.

Xəbər lenti

Xəbər lenti