...

Amerikanı nə öldürür?

Maraqlı Materials 28 Noyabr 2011 15:09 (UTC +04:00)
ABŞ uzunömürlülüyə görə 28-ci yeri tutsa da (Çili və Yunanıstandan aşağı), ölkə əhalisi səhiyyəyə başqa ölkələrin sakinlərindən çox pul ödəyir.
Amerikanı nə öldürür?

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ uzunömürlülüyə görə 28-ci yeri tutsa da (Çili və Yunanıstandan aşağı), ölkə əhalisi səhiyyəyə başqa ölkələrin sakinlərindən çox pul ödəyir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yeni araşdırmaları göstərib ki, ABŞ-dakı xəstəxanaların pasiyentlərinə onların ödədikləri vəsaitə adekvat xidmət göstərilmir. Bu barədə Trend "Daily Mail" qəzetinə istinadən məlumat verir.

"Araşdırmaya görə, amerikalılar səhiyyəyə ildə İƏİT-in hər hansı ölkəsindəkindən çox, yəni 79 min dollardan yuxarı vəsait ödəyirlər, buna baxmayaraq, onlar sənayecə inkişaf etmiş ölkələrin sakinlərindən daha tez ölürlər", - məqalədə deyilir.

İƏİT-in məlumatına görə, ABŞ-da orta insan ömrü 78,2 ildir və o, Çilidən sonra 28-ci yeri tutur. Bu, təşkilata üzv olan ölkələrin orta göstəricisindən, yəni 79,5 ildən xeyli aşağıdır. Ən yüksək ömür uzunluğuna malik ölkə (83 il) isə Yaponiya olub.

Həmçinin ABŞ vaxtsız ölüm, yəni gənclər arasında ölüm hallarına görə də dördüncü yeri tutub. Zorakılıq, bədbəxt hadisələr, ətraf mühiti təhdid edən təhlükəni əks etdirən bu göstərici üzrə ABŞ hamıdan geridə qalıb. Ondan sonra yalnız Macarıstan, Meksika və Rusiya gəlir.

İƏİT-in səhiyyə şöbəsinin rəhbəri Mark Pirsonun qeyd etdiyi kimi, tədqiqatçılar güman edirlər ki, ölkədəki ölüm səviyyəsinin səhiyyənin keyfiyyətini əks etdirməsinə baxmayaraq, o daha çox həyat tərzindən və qidalanmanın xüsusiyyətlərindən asılıdır.

Xəbər lenti

Xəbər lenti