Azərbaycan, Bakı, 2 yanvar /Trend müxbir M.Salmanov/
Əfqanıstanda "Taliban" hərəkatının silahlıları nəzarət etdikləri keçid məntəqələrində insanların telefon səslərinə baxaraq onların keçidinə icazə verirlər. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, silahlılar zəngimcell-ində müğənni Ledi Qaqanın mahnıları olan insanların keçidinə icazə vermirlər.
"Taliban" silahlıları telefonlarda ancaq onların seçdiyi 40 müğənninin zəngimcell-inə icazə verirlər. Silahlılar əfqan, hind və ya amerika mahnılarını seçənlərin telefonlarını sındırırlar.