...

Şvartsenegger Tac Mahala buraxılmadı

Maraqlı Materials 6 Fevral 2012 15:37 (UTC +04:00)
Arnold Şvartsenegger Hindistana ilk səfəri zamanı Aqradakı məşhur Tac Mahal mavzoleyini ziyarət edə bilməyib.
Şvartsenegger Tac Mahala buraxılmadı

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir X.Murtuzayeva/

Arnold Şvartsenegger Hindistana ilk səfəri zamanı Aqradakı məşhur Tac Mahal mavzoleyini ziyarət edə bilməyib. Buna səbəb aktyorun gəlişi zamanı memarlıq abidəsinin müsəlmanların ibadəti üçün bağlanması olub. Bu barədə bazar ertəsi Тrend Rusiya KİV-ə istinadən məlumat verir.

Şvartsenegger Tac Mahalı yalnız kənardan seyr etməklə kifayətlənib. Aktyor məşhur abidənin fonunda şəkil çəkdirib və şəkli Twitter-də yerləşdirib.

Hind jurnalistlərin suallarına cavab verən "Terminator" ona maraqlı təklif veriləcəyiı halda, Bollivudda filmə çəkilməkdən imtina etməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti