...

İngiltərədə yeraltı narkotik tarlası aşkar edilib (FOTO)

Maraqlı Materials 11 İyun 2012 16:27 (UTC +04:00)
İngiltərə polisi yerin altında narkotik bitkilər yetişdirən cinayətkar qrup aşkar edib.
İngiltərədə yeraltı narkotik tarlası aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir X.Murtuzayeva/

İngiltərə polisi yerin altında narkotik bitkilər yetişdirən cinayətkar qrup aşkar edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Avon və Somerset polislərinin Somersetdə birgə həyata keçirdikləri əməliyyat nəticəsində yerin təxminən 3 metrə yaxın dərinliyində salınmış gizli tarlada narkotik bitkilərin yetişdirildiyi təsdiqlənib.

Polis tarlada bazar qiyməti 110 min dollar dəyərində 130 marixuana kolu aşkar edib.

Termal kameradan istifadə edən cinayətkarlar tarlada işıqlandırma və sulama sistemi quraraq marixuana yetişdirirmişlər. Yerli hakimiyyət yerin altında marixuana yetişdirməyin yeni metodu olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti