...

Bill Qeytsin adasını aldılar

Maraqlı Materials 21 İyun 2012 16:09 (UTC +04:00)
"Microsoft"un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts ilə evləndiyi məkanı - Lana'i adasını şirkətin ən böyük rəqibi olan "Oracle"ın təsisçisi Larri Ellison alıb.
Bill Qeytsin adasını aldılar

Azərbaycan, Bakı, 21 iyun /Trend/

"Microsoft"un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts ilə evləndiyi məkanı - Lana'i adasını şirkətin ən böyük rəqibi olan "Oracle"ın təsisçisi Larri Ellison alıb.

Trend-in məlumatına görə, təbiət və okean aşıqi olan Ellison adanı Devid Mardokdan aldığını bildirib.

"Forbes" jurnalında varlı insanlar siyahısında Ellison 36 milyon dollar sərvətlə 6-cı yerdə qərarlaşıb.

Lana'i adası Havay adalarının 6-cı böyük adasıdır və ərazisi 365 kvadratkilometrdir. 3 200 adamın yaşadığı ada dünyada ən çox ananas yetişdirilən yerlərdən biri olaraq tanınır.

Qeyd edək ki, Bill Qeyts həyat yoldaşı Melinda ilə 1994-cü ildə bu adada evlənib.

Xəbər lenti

Xəbər lenti