...

Dekorativ bitkilər antidepressantların təsirini gücləndirməyə qadirdir

Maraqlı Materials 25 İyun 2012 17:04 (UTC +04:00)
Nərgiz və novruzgülünün Cənubi Afrika növlərini tədqiq edən alimlərin gəldikləri qənaətə görə, bu çiçəklərdəki birləşmələr beyni müdafiə edən hematoensefalik baryeri keçmək qabiliyyətinə malikdir.
Dekorativ bitkilər antidepressantların təsirini gücləndirməyə qadirdir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir X.Murtuzayeva/

Nərgiz və novruzgülünün Cənubi Afrika növlərini tədqiq edən alimlərin gəldikləri qənaətə görə, bu çiçəklərdəki birləşmələr beyni müdafiə edən hematoensefalik baryeri keçmək qabiliyyətinə malikdir. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Qeyd edək ki, bir qayda olaraq, depressiya kimi xəstəliklərdən xilas olmağa yönəlmiş bir çox dərmanlar məhz bu baryeri keçə bilmir. Belə ki, baryerdəki zülallar preparatı sadəcə olaraq itələyirlər. Statistikaya görə, 10 birləşmədən doqquzu baryeri keçmək iqtidarında deyil.

Kopenhagen Universitetinin professoru Birger Brodinin sözlərinə görə, bu bitkilərin cövhərləri dərman maddələrini beynə çatdıran vasitələrin aktiv komponentləri ola bilərlər. O bildirib ki, beynin qan damarları birləşmələrin əksəriyyəti üçün keçilməzdir. Aşkar olunan birləşmələr orqanizmin müdafiə mexanizmini aldadır. Eyni zamanda, alim tədqiqatın hələ ilkin mərhələdə olduğunu və hazır dərmanın əldə olunması üçün bir müddət vaxt tələb olunduğu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti