...

2300-cü ilədək Nyu-York su altında qalacaq

Maraqlı Materials 26 İyun 2012 17:27 (UTC +04:00)
İqlim dəyişikliklərini öyrənən alimlər ABŞ-ın şərq sahillərinin taleyi ilə bağlı acınacaqlı qənaətə gəliblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV “Corriere della Sera” qəzetini saytında dərc olunmuş məqaləyə istinadən yazır.
2300-cü ilədək Nyu-York su altında qalacaq

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir X.Murtuzayeva/

İqlim dəyişikliklərini öyrənən alimlər ABŞ-ın şərq sahillərinin taleyi ilə bağlı acınacaqlı qənaətə gəliblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV "Corriere della Sera" qəzetini saytında dərc olunmuş məqaləyə istinadən yazır.

"İqlimşünas alimlərdən ibarət beynəlxaql qrupun apardığı araşdırmalar göstərir ki, əgər hətta dünyanın ən iri dövlətlərinin rəhbərləri iqlimin müdafiəsi ilə bağlı ciddi işlərin görülməsi ilə bağlı razılığa gəlsələr belə, yaxın yüzillikdə dənizlərin səviyyəsi dayanmadan artacaq", - məqalə müəllifi Elmar Burkiya yazır.

Alimlər fəlakətli şəkil təsvir edeirlər: 2300-cü ilədək dənizlərin səviyyəsi 4 metr artacaq. Lakin nisbətən daha real qiymətləndirmələrə görə, bu zaman Dünya okeanının səviyyəsi 2,7 metrdən yuxarı qalxmayacaq. Lakin bu da sahilyanı rayonlar üçün dramatik nəticələrə gətirib çıxaracaq. Potsdamdakı İqlim Araşdırmaları İnstitutundan Ştefan Pamştorfun sözlərinə görə, məsələn, Nyu-Yorkda suyun səviyyəsinin hətta bir qalxması daşqınların daha tez-tez baş verməsinə, yəni hər yüzillikdə bir daşqından hər üç ildə bir daşqına qədər artmasına səbəb olacaq.

Bu səbəbdən Birləşmiş Ştatların şərq sahillərində sopn dərəcə diqqətli müşahidələr aparılır. Nyu-York, Baltimor, Filadelfiya və Bostonun yerləşdiyi minlərlə kilometr uzanan sahillərdə suyun səviyyəsinin qalxma sürəti dünyanın başqa rayonlarında olduğundan dörd dəfə yüksəkdir. Bütün planetdə yüz milyonlarla insan nisbətən aşağı ahil zonalarında yaşayır. Dənizin səviyyəsinin artması yoxul, hər şeydən əvvəl inkişaf etməkdə olan ölkələrin, eləcə də Asiyadakı iri şəhərlərin maraqlarına ən dramatik şəkildə toxunacaq. Alimlər saysız-hesabsız iqtisadi zərər və əsl qaçqın ordusunun yaranması təhlükəsi barədə xəbərdarlıq edirlər", - məqalə müəllifi yazır.

Xəbər lenti

Xəbər lenti