...

"Biq-Ben"in adı dəyişdiriləcək

Maraqlı Materials 27 İyun 2012 15:31 (UTC +04:00)
Böyük Britaniya hakimiyyəti məşhur "Biq Ben" qülləsinin adının Kraliçanın taxta çıxmasının 60 illiyi şərəfinə "Elizabet qülləsi" adı ilə əvəz edilməsi barədə qərar qəbul edib.
"Biq-Ben"in adı dəyişdiriləcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniya hakimiyyəti məşhur "Biq Ben" qülləsinin adının Kraliçanın taxta çıxmasının 60 illiyi şərəfinə "Elizabet qülləsi" adı ilə əvəz edilməsi barədə qərar qəbul edib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Qüllənin adının dəyişdirilməsinə Britaniya parlamentinin İcmalar Palatasının, Aşağı Palatanın üzvlərinin yarıdan çoxu və üç əsas parlament fraksiyasının liderləri səs veriblər.

"Hesab edirəm ki, bu, Kraliçanın ölkə qarşısındakı xidmətlərinə görə yubileyi ilə əlaqədar ona layiqli hədiyyə olacaq", - Böyük Britaniyanın Baş naziri Devid Kemeron bəyan edib.

"Vilhelmin dövründən İngiltərəni və Birləşmiş Krallığı idarə edən qırxdan çox hökmdardan yalnız Ülyahəzrət brilyant yubileyə nail olub, - qüllənin adının dəyişdirilməsi ideyasının müəllifi, Britaniya XİN-in şəxsi katibi Tobias Elvud bildirib. - Kraliçaya belə diqqətin göstərilməsi tamamilə məntiqidir".

Xatırladaq ki, II Elizabetin taxta çıxmasının 60 illiyi şərəfinə təntənəli bayram tədbiri iyunun əvvəlində bütün ölkədə keçirilib. Temza çayında 350 il ərzində ən iri gəmi paradı keçirilib. Ümumilikdə, yubileydə 1,2 milyon nəfər iştirak edib. Tədbirin təşkili 15 milyon dollara başa gəlib.

Xəbər lenti

Xəbər lenti