...

Oğurlanan rəsm əsəri poçtla geri qaytarıldı

Maraqlı Materials 2 İyul 2012 18:22 (UTC +04:00)
Məşhur ispan sürrealist rəssamı Salvador Dalinin keçən həftə Nyu-Yorkdakı incəsənət qalereyalarından birində nümayiş olunan zaman oğurlanan 150 min dollarlıq tablosu poçtla geri göndərilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Oğurlanan rəsm əsəri poçtla geri qaytarıldı

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir X.Murtuzayeva/

Məşhur ispan sürrealist rəssamı Salvador Dalinin keçən həftə Nyu-Yorkdakı incəsənət qalereyalarından birində nümayiş olunan zaman oğurlanan 150 min dollarlıq tablosu poçtla geri göndərilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Belə ki, ABŞ-ın Poçt Nəzarət Xidməti Dalinin 1949-cu ildə tamamladığı "Cartel des Don Juan Tenorio" adlı tablosunun Avropadan Nyu-Yorka poçtla göndərildiyini bəyan edib. Xidmətin məlumatına görə, 150 min dollar dəyərində rəsm əsəri Kennedi beynəlxalq aeroportunda tapılıb.

Xidmətin sözcüsü Donna Harris "Nyu-York Tayms" qəzetinə açıqlamasında Venus Over Manhetten İncəsənət Qalereyasının bu həftə tablonun geri göndəriləcəyi ilə bağlı bir elektron poçt aldığını, elektron poçtun izləmə nömrəsinin də aşkar edildiyini bildirib. Qalereya polislə əlaqə qurduqdan sonra tablonun dünən tapıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti