...

Yeni tapılmış qurbağaya şahzadənin adını veriblər

Maraqlı Materials 9 İyul 2012 12:04 (UTC +04:00)
Bu yaxınlarda aşkar olunmuş qurbağa növünü Britaniya şahzadəsinin şərəfinə Çarlz adlandırıblar.
Yeni tapılmış qurbağaya şahzadənin adını veriblər

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bu yaxınlarda aşkar olunmuş qurbağa növünü Britaniya şahzadəsinin şərəfinə Çarlz adlandırıblar.

Qurbağanı Ekvadordan tapıblar. Qurbağa tropik meşələrin qorunması üçün mübarizədə çoxillik səylərini qiymətləndirmək üçün şahzadənin şərəfinə adlandırılıb. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Suda-quruda yaşayanların yeni növünü aşkar edən ekvadorlu Luis Koloma şahzadəni medalla təltif edib və qurbağanın şüşədən hazırlanmış surətini ona təqdim edib. "Mən bu diqqətdən riqqətə gəlmişəm. Mənim boğazımda hətta qəhər əmələ gəlib. Ümid edirəm ki, bu quru qurbağası deyil", - şahzadə Çarlz deyib.

Kral ailəsinin üzvləri kökü kəsilməkdə olan suda-quruda yaşayanları bundan sonra da müdafiə edəcəklərinə söz veriblər.

Xəbər lenti

Xəbər lenti