...

Xərçəng hüceyrələri bir-birini yeyəcək

Maraqlı Materials 26 İyul 2012 11:24 (UTC +04:00)
Fransanın Marsel Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşları mədəaltı vəzi xərçəngilə bağlı yeni müalicə metodu kəşf ediblər.
Xərçəng hüceyrələri bir-birini yeyəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir X.Murtuzayeva/

Fransanın Marsel Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşları mədəaltı vəzi xərçəngilə bağlı yeni müalicə metodu kəşf ediblər. Belə ki, bu üsul "adamyeyən hüceyrələr"in inkişafına yol açır. Bu barədə Trend Türkiyə KİV-inə istinadən yazır.

Qeyd edək ki, xərçəng xəstələri arasında ən çox ölüm məhz mədəaltı vəzi xərçəngi zamanı baş verir. Odur ki, bu xəstəlik zamanı metastazın qarşısının alınması baxımından yeni müalicə üsulunun kəşfi böyük ümidlər doğurur. Hazırda tədqiqatçılar xərçəng hüceyrələrinin bir-birilərini yeyəcəyi müalicə üsulunun inkişaf etdirilməsini qarşılarına məqsəd qoyublar.

Xəbər lenti

Xəbər lenti