...

Üç il əvvəl itmiş rusiyalı uşaq tapılıb

Maraqlı Materials 22 Avqust 2012 14:39 (UTC +04:00)
Ukraynada Rusiyadan olan və üç il bundan əvvəl itmiş uşaq tapılıb. 2009-cu ildə Vladimir vilayətində oğurlanmış beş yaşlı Georgi Nesterov artıq anasına qaytarılıb.
Üç il əvvəl itmiş rusiyalı uşaq tapılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir X.Murtuzayeva/

Ukraynada Rusiyadan olan və üç il bundan əvvəl itmiş uşaq tapılıb. 2009-cu ildə Vladimir vilayətində oğurlanmış beş yaşlı Georgi Nesterov artıq anasına qaytarılıb. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.

Rusiyalı diplomatlar bildirirlər ki, bütün bu müddət ərzində oğlan beynəlxalq axtarışda olub. İstintaqın versiyasına görə, uşağı onun bioloji atası, Gürcüstan vətəndaşı oğurlayıb.

Ukrayna milisinin əməkdaşları avqustun əvvəllərində onu balaca uşaqla və sənədsiz dəmiryol stansiyalarından birində saxlayıblar. Yoxlamalardan sonra oğlanın Rusiyada oğurlanmış Georgi Nesterov olduğu məlum olub.

Xəbər lenti

Xəbər lenti