...

Qağayılar balina ovuna çıxıblar

Maraqlı Materials 30 Avqust 2012 19:14 (UTC +04:00)
Argentinada yaxın vaxtlarda dəniz quşları olan qağayılar ovlanacaq. Buna səbəb balıq ovlamaqda ad çıxaran qağayıların dənizin ən böyük canlısı olan balinalara hücum etməsidir.
Qağayılar balina ovuna çıxıblar

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Salmanov/

Argentinada yaxın vaxtlarda dəniz quşları olan qağayılar ovlanacaq. Buna səbəb balıq ovlamaqda ad çıxaran qağayıların dənizin ən böyük canlısı olan balinalara hücum etməsidir. Bu barədə Trend cümə axşamı Türkiyə mətbuatına istinadən məlumat verir.

Belə ki, nəfəs almaq üçün suyun səthinə çıxan balinaların üzərinə qonan qağayılar onların kürəklərindən tikə-tikə ət qoparırlar.

Bunun qarşısını almaq məqsədilə Argentinanın müvafiq qurumları bir neçə həftə ərzində qağayı ovuna başlayacaqlarını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti