...

Avtomobildə çağırılmamış qonaq (FOTO)

Maraqlı Materials 8 Sentyabr 2012 10:33 (UTC +04:00)
Cənubi Afrikadakı safari parkında gəzən Marlen Svart və Leon Şvanepolun avtomobilinə nəhəng piton ilanı girib. Avtomobilin sahibi mühərrikin üzərində qıvrıllb yatan ilanı oradan çıxardacaq birini tapmaq üçün nəhəng sürünənlə birlikdə yola çıxmalı olublar. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.
Avtomobildə çağırılmamış qonaq (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Cənubi Afrikadakı safari parkında gəzən Marlen Svart və Leon Şvanepolun avtomobilinə nəhəng piton ilanı girib. Avtomobilin sahibi mühərrikin üzərində qıvrıllb yatan ilanı oradan çıxardacaq birini tapmaq üçün nəhəng sürünənlə birlikdə yola çıxmalı olublar. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.

5 metr uzunluğundakı sürünənin mühərrikin qapağının altında qıvrılaraq yatdığını gördükdə onlar köməyə çağırmaq üçün adam axtarırlar. Bu zaman bu şəxslər ilanla 4 kilometr yol getmək məcburiyyətində qalıblar. Bir qrup turist onların köməyinə gəlir. Nəhəng ilan qapağın altında özünü çox rahat hiss etsə də nəhayət onu maşından çıxarmaq mümkün olub.
38 yaşlı Svart başlarına gələni heç vaxt unuda bilməyəcəklərini bildirir. O, "Daily Mail" qəzetinə bunları söyləyib: "Mühərrikin qapağını açarkən ilanın kefinin yerində olduğunu gördük. Ətrafındakıların ona göstərdikləri maraqdan xoşbəxt idi. Məni ən çox təsirləndirən çoxlu fotoşəkil çəkə bilməməyimdir". Svartın sözlərinə görə, ilan maşından çıxarıldıqdan sonra tezliklə gözdən itib.

Xəbər lenti

Xəbər lenti