...

Tütün tüstüsü ətrafdakıların yaddaşını pisləşdirir

Maraqlı Materials 19 Sentyabr 2012 12:30 (UTC +04:00)
İnsanların əksəriyyəti passiv siqaretçəkmənin təhlükəsini lazımınca qiymətləndirə bilmirlər.
Tütün tüstüsü ətrafdakıların yaddaşını pisləşdirir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

İnsanların əksəriyyəti passiv siqaretçəkmənin təhlükəsini lazımınca qiymətləndirə bilmirlər. Lakin mütəxəssislər bu yaxınlarda onun insanın perspektiv yaddaşına mənfi təsir etdiyini aşkara çıxarıblar. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.

Britaniyanın Nortumbriya Universitetinin əməkdaşlarının sözlərinə görə, perspektiv yaddaş müəyyən vaxta planlaşdırılmış hərəkətlərin yadda saxlanmasına cavab verir. Alimlər apardıqları təcrübə zamanı onun pisləşməsini müşahidə ediblər.

Tədqiqatda 27 siqaret çəkən, 27 passiv siqaret çəkən və tütün tüstüsünün müntəzəm təsirinə məruz qalmayan 29 şəxs (hamısı 18 -30 yaş arasında olan şəxslər) iştirak edib.

İştirakçıların hamısını vəziyyəti Kembric perspektiv yaddaş testinin köməyi ilə qiymətləndirilib. Bu zaman yaş, intellektual səviyyə, dərmanalrın qəbulu nəzərə alınıb.

Passiv siqaret çəkənlər orta hesabla 4,5 il ərzində həftədə 25 saat tüstünün təsirinə məruz qalıblar.

Ən yüksək perspektiv yaddaş göstəricisi ümumiyyətlə tüstü ilə təmasda olmayan üçüncü qrupun iştirakçılarında qeydə alınıb. Lakin aktiv və passiv siqaret çəkənlərdə o müvafiq olaraq 30 faiz və 20 faiz azalıb. Alimlərin gəldikləri qənaətə görə, tütün tüstüsü ilə təmas insana onun gündəlik həyatında lazım olan koqnitiv (ingiliscə cognition-bilik deməkdir) funksiyalarına mənfi təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti