...

Dünyanın ən zəhərli ilanının sancdığı gənc sağ qaldı

Maraqlı Materials 1 Oktyabr 2012 10:02 (UTC +04:00)
Avstraliyada baş verən hadisə həkimləri şoka salıb. Belə ki, 17 yaşlı yeniyetmə taypan ilanının sancmasından sonra sağ qalıb.
Dünyanın ən zəhərli ilanının sancdığı gənc sağ qaldı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Avstraliyada baş verən hadisə həkimləri şoka salıb. Belə ki, 17 yaşlı yeniyetmə taypan ilanının sancmasından sonra sağ qalıb.

Qeyd edək ki, Avsraliyada yaşayan "Oxyuranus microlepidotus" ilanının bircə damcı zəhəri 100 insanı yaxud 250 min siçanı öldürməyə kifayət edir. Bu ilan həm də materikdaxili taypan adı ilə də məşhurdur. Onun zəhəri kobranın zəhərindən 180 dəfə güclüdür. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Avstraliyanın "The Sydney Morning Herald" qəzetinə istinadən xəbər verir.

Belə ki, ilan sancandan sonra gənc özünü "Karri Karri" hospitalına çatdıra bilib. İlanın oğlanı sol əlindən sancdığı məlum olub. İlan da xəstəxanaya gətirilib. Mütəxəssislər orada onun növünü müəyyən edə biliblər. Daha sonra gənc "Kalvari Meter" hospitalına köçürülüb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirsələr də, o, danışa bilir. Mütəxəssislərin sözlərinə görə, zəhər fəal surətdə oğlanın bədəninə yayılmaqda davam edir. Bu, çox nadir hadisədir. Çünki bu gənc oğlan artıq çoxdan ölməli idi.

Taypan ilanı sancdıqdan sonra onun qurbanında bir neçə dəqiqə ərzində iflic və qanaxma baş verir. Zəhər bədəndə ağciyər, ürək, əzələlər kimi həyati əhəmiyyətli orqanlardan məlumatların beyinə ötürülməsini dayandırır. Çünki bu, hərəkəti son dərəcə sürətli olan neyrotoksindir. Ölüm 45-30 dəqiqə ərzində baş verə bilər. Yeri gəlmişkən, taypan ilanının zəhərinin tərkibində habelə qanın laxtalanmasına qarşı maddə var. Ölümcül qanaxma təhlükəsi də buradan yaranır.

Qeyd edək ki, həkimlərdə zəhər əleyhinə zərdablar olsa da, onun vaxtında orqanizmə yeridilməsi əsas amildir.

Xəbər lenti

Xəbər lenti