...

Müdirlə yaxşı münasibətlər maaşa əlavələrdən daha xoşdur

Maraqlı Materials 29 Oktyabr 2012 10:11 (UTC +04:00)
Amerikalı psixoloqlar bu ölkənin şirkətlərində çalışan işçilər arasında sorğu keçirirərək aydınlaşdırıblar ki, iş prosesində əməkhaqqı heç də həmişə əsas məqam deyil.
Müdirlə yaxşı münasibətlər maaşa əlavələrdən daha xoşdur

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Amerikalı psixoloqlar bu ölkənin şirkətlərində çalışan işçilər arasında sorğu keçirirərək aydınlaşdırıblar ki, iş prosesində əməkhaqqı heç də həmişə əsas məqam deyil.

Tədqiqata əsasən, insanların 65 faizi müdirlə yaxşı münasibətlərə üstünlük verirlər. Belə ki, bu, onları pul kisəsindəki əskinaslardan daha çox sevindirərdi. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Fox Business" saytına istinadən xəbər verir.

Saytın yazdığına görə, rəyi soruşulanların yalnız 35 faizi əməkhaqqının daha yüksək səviyyəsinə səs verib. Bütovlükdə isə amerikalıların cəmi 36 faizi öz işindən razıdır.

Respondentlərin 31 faizi etiraf edir ki, onlar işlərindən ilham almırlar, rəhbərlik onları qiymətləndirmir. 15 faiz halda isə ümumiyyətlə söhbət insanın özünü bədbəxt, tənha hiss etməsindən və ya sıxıntı çəkməsindən gedir.

Psixoloqların qənaətinə görə, narazı işçilər bütovlükdə şirkətə ziyan vururlar. Onlar xəbərdarlıq edirlər ki, məhsuldarlığın azalmasından şirkətlər hər il 360 milyard dollar itirə bilərlər. Bununla belə, respondentlərin təxminən 60 faizi müdirlə münasibətlərinin yaxşılaşacağı halda daha məhsuldar işləyərdilər. Bəziləri isə hətta öz müdirlərini karyeralarının inkişafının trayektoriyası kimi müəyyən edirlər. Belə ki, min nəfər rəyi soruşulan şəxsin 55 faizi onların müvəffəqiyyətinin müdiriyyətlə münasibətlərdən birbaşa asılı olduğuna əmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti