Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir X.Murtuzayeva/
Hindistanda 32 yaşlı Datta Fuge adlı şəxs özünə 24 əyarlıq qızıldan köynək "tikdirib". Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbəbr verir.
Köynəyin hazırlanması iki həftə davam edib və bu işdə 15 nəfər iştirak edib. Qeyd edək ki, bu orjinal geyimin çəkisi 3,2 kiloqram, qiyməti isə nə az, nə çox düz 14 min funt sterlinq dəyərindədir. Köynəkdən artıq qalan qızıldan isə qol düyməsi, kəmər və bilərzik hazırlanıb.
Köynəyi hazırlamaqda Dattanın əsas məqsədi qadınların diqqətini cəlb etməkdir. Onun fikrincə, "heç bir qadın bu köynəyi geyinmiş bir kişini rədd edə bilməz".
Bu arada İngiltərədə Stüart Hagis adlı ləl-cəvahirat dizayneri tərəfindən hazırlanan iPad2-də
qızıl və texnologiya bir araya gətirilib. Hagisin cəmi iki ədəd hazırladığı bu məhsulun satış qiyməti isə 8 milyon 254 min dollar təşkil edir.