...

Ölümündən beş saat sonra dirildi

Maraqlı Materials 5 Mart 2013 15:51 (UTC +04:00)
İranın Abadan şəhərində 41 yaşlı kişi ölümündən beş saat sonra həkimlərin səyi nəticəsində dirilib.
Ölümündən beş saat sonra dirildi

Azərbaycan, Bakı, 5 mart /Trend/

İranın Abadan şəhərində 41 yaşlı kişi ölümündən beş saat sonra həkimlərin səyi nəticəsində dirilib. Trend İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən məlumat verir ki, bunu Abadan Neftçilər xəstəxanasının baş həkimi Məhəmməd Müctəhidzadə deyib.

Müctəhidzadənin sözlərinə görə, 41 yaşlı kişi həm də Neftçilər xəstəxanasının işçisi olub. Onun ürəyi dayandıqdan sonra həkimlər ölüm haqqında sənədi və dəfn edilməsi üçün buraxılış vərəqəsini imzalayıblar.

Onun sözlərinə görə, bir neçə saatdan sonra həkimlərdən biri vəfat etmiş şəxsin ürəyinə möhkəm zərbə vurub və bu zərbədən sonra onun ürəyi yenidən döyünməyə başlayıb.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti