...

122 kq ağırlığında nəhəng balqabaq (FOTO)

Maraqlı Materials 6 Noyabr 2013 12:46 (UTC +04:00)
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda bostançılıqla məşğul olan Nüsrət Çamaş adlı şəxs yetişdirdiyi 122 kiloluq balqabağı motorlu mişarla kəsərək toxumlarını vətəndaşlara paylayıb.
122 kq ağırlığında nəhəng balqabaq (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda bostançılıqla məşğul olan Nüsrət Çamaş adlı şəxs yetişdirdiyi 122 kiloluq balqabağı motorlu mişarla kəsərək toxumlarını vətəndaşlara paylayıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,
Nüsrət Camas balqabağı Orduda bir marketdə nümayiş etdirib. 6 nəfərin köməyi ilə marketdə xüsusi ayrılmış stendə gətirilən nəhəng balqabağı görmək üçün vətəndaşlar axın edib. Kimi şəkil çəkdirib, kimi də bostanında yetişdirmək üçün balqabağın tumunu alıb.

Nüsrət Camaş balqabağın toxumunu bir dostundan aldığını bildirib: "Dostum toxumun xaricdən gətirildiyini söylədi. Əkdik, ortaya belə çox maraqlı bitki çıxdı. Əziyyətlə bura gətirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti