...

Çoxlu süd içmək ürək-damar xəstəlikləri riskini artıra bilər

Maraqlı Materials 29 Oktyabr 2014 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Çoxlu miqdarda süddən istifadə nəinki sınıqlardan xilas etmir, həm də ürək-damar xəstəliklərinin inkişafı riskini artıra bilər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "İndependent" İsveç alimlərinin araşdırmalarına istinadən məlumat yayıb.

Son elmi məlumatlara görə, müntəzəm şəkildə süd içən insanlar sınıqlarla bağlı risklərə südü çox az miqdarda içənlərdən daha çox məruz qalırlar.

Alimlər aşkar ediblər ki, süddən böyük miqdarda istifadə qadınlarda gövdə sınıqları riskinin artmasına səbəb olur. Bundan başqa, gündə üç stəkandan artıq süd içən qadınlar digərlərinə nisbətən ürək-damar xəstəliklərindən daha tez-tez ölürlər.

Bununla yanaşı, alimlər gündə bir stəkan süd içməyin sağlamlığa zərər verə biləcəyini təsdiqləmirlər.

Qeyd edək ki, 20 ildən artıq bir dövrdə aparılan araşdırmada 39-79 yaşlı 100 minə yaxın şəxs iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti