...

1 sentlik pul 2 milyon dollara satıldı

Maraqlı Materials 10 Yanvar 2015 12:27 (UTC +04:00)
1 sent dəyərində olan mis pul hərracda 2,35 milyon dollara satılıb.
1 sentlik pul 2 milyon dollara satıldı

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

1 sent dəyərində olan mis pul hərracda 2,35 milyon dollara satılıb.

Trend-in şənbə günü Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, dəyərindən xeyli baha qiymətə satılan mis pul 1793-cü ildə ABŞ-da tədavülə buraxılıb.

Pulun alıcısı adının gizli saxlanılmasını istəyib. "Zəncir sent" kimi tanınan pul ABŞ-ın tədavülə öz pullarını buraxdığı zaman hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti