Azəbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/
İngiltərədə süd sudan ucuzdur.
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu ölkədəki supermarketlər arasında rəqabət südün qiymətinin qablaşdırılmış sudan daha ucuz başa gəlməsinə səbəb olub.
Hazırda supermarketlərdə 1 litr südün qiyməti 43 pen, eyni həcmdə suyun dəyəri isə 44 pendir.
Süd istehsalçıları bundan narahatdırlar. Təkcə dekabr ayında 60 günlük süd istehsalı ferması istehsalatı dayandırıb.