...

Hər gün 34 kilometr yeriyir

Maraqlı Materials 3 Fevral 2015 14:41 (UTC +04:00)
ABŞ-ın Detroyt şəhərində yaşayan Ceyms Robertson hər gün 34 kilometr piyada yeriyir.
Hər gün 34 kilometr yeriyir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın Detroyt şəhərində yaşayan Ceyms Robertson hər gün 34 kilometr piyada yeriyir. Trend-in çərşənbə axşamı "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, 58 yaşlı C.Robertson 1998-ci ildə avtomobilinin xarab olmasından bəri piyada yeriməyə qərar verib.

Yeni avtomobil almağa pulu olmayan fabrik işçisi hər səhər saat 08:00-da yola düşür. O, saat 14:00-da başlayan işə gecikməmək üçün evlərindən 6 kilometr aralıda yerləşən bələdiyyə avtobusuna çatmalı, avtobusdan endikdən sonra isə fabrikədək daha 11 kilometr qət etməlidir.

Saat 22:00-da işdən çıxdıqdan sonra da eyni məsafəni qət edən C.Robertson evə yalnız saat 04:00-da çata bilir.

Evində 4 saat qalan bu işçiyə kömək məqsədilə universitetlərdən birinin tələbələri internet vasitəsilə indiyədək 60 min dollar pul toplayıblar. O, bu pula iki avtomobil ala bilər, lakin fabrik işçisinin nə qərar verəcəyi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti