...

Avstraliyanın ən yaşlı adamı pinqvinlərə yun köynək toxuyur (FOTO)

Maraqlı Materials 12 Fevral 2015 18:10 (UTC +04:00)
Avstraliyanın ən yaşlı adamı vaxtının çox hissəsini pinqvinlərə yun köynək toxumaqla keçirir.
Avstraliyanın ən yaşlı adamı pinqvinlərə yun köynək toxuyur (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Məftun Salmanov/

Avstraliyanın ən yaşlı adamı vaxtının çox hissəsini pinqvinlərə yun köynək toxumaqla keçirir.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, qocalar evində yaşayan 109 yaşlı Alfred Deyt toxuculuq üzrə mütəxəssisdir.

A.Deyt yun köynək toxumaq təklifini Pinqvinləri Müdafiə Mərkəzindən alıb. Mərkəzin məqsədi neft sızmalarından zərər görən pinqvinləri qorumaqdır.

Pinqvinlərin tükləri neft sızmalarından bir-birinə yapışır. Bu səbəbdən onlar həm üşüyərək xəstələnir, həm də ağırlaşdıqlarına şikarlarını ovlaya bilmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti