...

Qarpızla sürüşmə yarışı (FOTO-VİDEO)

Maraqlı Materials 16 Fevral 2015 22:00 (UTC +04:00)
Avstraliyanın Çinçilla şəhərində "Melon Festival" çərçivəsində qarpızla sürüşmə yarışı keçirilib.
Qarpızla sürüşmə yarışı (FOTO-VİDEO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

Avstraliyanın Çinçilla şəhərində "Melon Festival" çərçivəsində qarpızla sürüşmə yarışı keçirilib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, yarış 21 ildir keçirilir.

Bu dəfə tədbirin tarixi ərzində ən çox ziyarətçi sayı qeydə alınıb. 4 gün ərzində festivala 15 mindən çox şəxs baş çəkib.

Festival çərçivəsində ümumilikdə təqribən 20 ton qarpız məhv edilib.

Qeyd edək ki, Çinçilla şəhəri Avstraliyanın "qarpız paytaxtı" hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti