...

Kokain iyləyən "Oskar" (FOTO)

Maraqlı Materials 20 Fevral 2015 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Məftun Salmanov/

"Plastic Jesus" ləqəbli küçə rəssamı Hollivud bulvarında kokain iyləyən "Oskar" heykəlini yerləşdirib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, rəssamın işi "Hollivudun ən yaxşı partisi" adlanır.

O, bununla ABŞ-ın kino aləmində kokaindən istifadə ilə mübarizə aparmaq istəyir. Heykəl fevralın 22-də "Oskar"ın təqdimatının keçiriləcəyi "Dolby" kinoteatrı yaxınlığında yerləşir.

Qeyd edək ki, "Plastic Jesus" ötən il heroinlə mübarizə çərçivəsində əlində venasına şpris yeridən "Oskar" heykəli hazırlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti