...

100 yaşında həbsə düşdü (FOTO)

Maraqlı Materials 21 Mart 2015 19:00 (UTC +04:00)
Keniyada 100 yaşlı qadın həbs edildikdən bir həftə sonra azadlığa buraxılıb.
100 yaşında həbsə düşdü (FOTO)

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir Məftun Salmanov/

Keniyada 100 yaşlı qadın həbs edildikdən bir həftə sonra azadlığa buraxılıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, Marqaret Nqima ötən həftə məhkəməyə hörmətsizlik etdiyini görə 1000 dollar cərimə olunmuşdu.

O, pulu ödəyə bilmədiyi üçün həbs edilmişdi. Qadın başqa ailə ilə ərazi mübahisəsi etdiyindən məhkəmə qarşısına çıxmışdı.

Yaşlı qadının həbs cəzası Keniyada böyük əks-səda doğurmuşdu. Nəticədə M.Nqimanın cəriməsini Nayrobi senatoru Mike Sono ödəyib.

Əgər cərimə ödənilməsəydi, o, 3 ay məhbus həyatı yaşayacaqdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti