...

Plastik cərrahiyyə qadını ictimailəşdirir

Maraqlı Materials 10 Aprel 2015 15:34 (UTC +04:00)
Alimlər müəyyən ediblər ki, plastik cərrahiyyə qadının simasını təkcə gözəlləşdirmir, həmçinin onu ətrafdakılar üçün daha da ictimailəşdirir.
Plastik cərrahiyyə qadını ictimailəşdirir

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Alimlər müəyyən ediblər ki, plastik cərrahiyyə qadının simasını təkcə gözəlləşdirmir, həmçinin onu ətrafdakılar üçün daha da ictimailəşdirir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Onların fikrincə, insanlarda heyvani instinktlər "qəzəbli" görünüşlü insanlardan uzaqlaşmağa vadar edir. Bunun əsasında alimlər müxtəlif plastik əməliyyat keçirmiş qadınların cəmiyyətdə necə qəbul olunduğunu yoxlamaq qərarına gəliblər. Bu məqsədlə yüzlərlə könüllü qadın araşdırmaya cəlb edilib.

Eksperiment iştirakçıları qadınların köhnə və əməliyyatdan sonra çəkilən fotolarına baxaraq onları gözəllik, mehribanlıq, şəxsi keyfiyyətlər və sosial vərdişlər baxımından xarakterizə ediblər.

Alınan cavablar əsasında alimlər belə qənaətə gəliblər ki, plastik cərrahiyyə qadının simasını təkcə gözəl deyil, onu ətrafdakılar üçün daha da ictimailəşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti