Azərbaycan, Bakı, 25 avqust /Trend/
I Dünya Müharibəsi zamanı əsir düşmüş alman əsir tərəfindən düzəldilmiş oyuncaq ev Böyük Britaniyada satışa çıxarılacaq. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.
Oyuncaq konstruksiyanın yaradılması üçün Almaniya dirijabllarının Britaniyaya hava zərbələrindən sonra yerdə qalan şüşə və ağac parçalarından istifadə edilib. 1916-cı ildə ev Şeffilddə yaşayan Smit bacılarına hədiyyə edilib. Bacılar 1998-ci il ölümlərinədək hədiyyəni özlərində saxlayıblar. Sonra oyuncaq başqa ailəyə keçib.
Lot bazar ertəsi baş tutacaq. Satışlarla "Hanson's Auctioneers" auksion evi məşğul olacaq. Auksionçu Çarlz Henson bildirib ki, konstruksiya 1,5 min funt sterlinq həcmində dəyərləndirilib, ancaq 5 min funt sterlinqə satıla bilər.