Azərbaycan, Bakı, 26 avqust /Trend/
Berlinin ən dəbli təqaüdçüsü Günter Krabbenhöft hələ də öz xarici görünüşünə böyük diqqət verir.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 70 yaşlı Günter bu yaşında belə geyimində dar şalvarlara, papaqlara və gödəkçələrə üstünlük verir.
Onun sözlərinə görə, o, işə gedəndə də, gəzintiyə çıxanda da həmişə belə geyinir.