...

Tovuzlu təsərrüfatçıdan balqabaq rekordu (FOTO)

Maraqlı Materials 29 Sentyabr 2015 16:33 (UTC +04:00)
Bu, Azərbaycanda yetişdirilən ən böyük balqabaq sayıla bilər.
Tovuzlu təsərrüfatçıdan balqabaq rekordu (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Tovuzlu təsərrüfat sahibinin yetişdirdiyi balqabaq görənlərin diqqətini cəlb edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, rayonun Düzqırıxlı kənd sakini 45 yaşlı Gündüz Bağırov öz təsərrüfatında iri balqabaq yetişdirməyə nail olub. Bu balqabağın çəkisi nə az, nə çox - düz 55 kiloqramdır.

Təsərrüfatçının sözlərinə görə, bu, Azərbaycanda yetişdirilən ən böyük balqabaq sayıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti