...

Dünyanın ən sürətlə qaçan hepardı öldü

Maraqlı Materials 23 Yanvar 2016 20:15 (UTC +04:00)

Bakı. Trend:

Sürətli qaçışına görə dünya rekordu müəyyənləşdirən Sara ləqəbli hepard ABŞ-ın Ohayo ştatında Cincinnati zooparkında ölüb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, hepard 2012-ci ildə, 11 yaşında ikən 100 metr məsafəni 5.95 saniyə ərzində qaçaraq dünyanın ən sürətli məməlisinə çevrilib.

Yaşı 15-ə çatan Saranın səhhəti pisləşdiyindən baytar həkimləri heyvanın əzabını yüngülləşdirmək üçün ona iynə vurub öldürmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti