...

İdman gimnastikası üzrə FIG Dünya Challenge" Kuboku AGF Trophy Bakıda (VİDEO)

Maraqlı Materials 2 Fevral 2016 13:33
Qədimlik və müasirliyin təcəssümü olan Azərbaycanın paytaxtı Bakı şəhəri qədəm qoyduğumuz ildə gimnastika həvəskarlarını ölkədə ilk dəfə keçiriləcək idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku ilə salamlayır.
İdman gimnastikası üzrə FIG Dünya Challenge" Kuboku AGF Trophy Bakıda (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qədimlik və müasirliyin təcəssümü olan Azərbaycanın paytaxtı Bakı şəhəri qədəm qoyduğumuz ildə gimnastika həvəskarlarını ölkədə ilk dəfə keçiriləcək idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku ilə salamlayır.

Yarışlar 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Bu ilin ilk Dünya Kuboku kişi və qadın gimnastlar arasında 19-21 fevral tarixlərində baş tutacaq.

Kubokda 19 ölkəni təmsil edən 46 kişi və 22 qadın gimnast yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq.

Təbii ki, favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti