Bakı. Elçin Mehdiyev - Trend:
“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı olan “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu" adlı poçt vərəqini tədavülə buraxıb.
Trend-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, orijinal poçt vərəqi 6 markadan ibarətdir.
Kiçik vərəqin ölçüsü 151x144 mm, markanın ölçüsü isə 37x52 mm-dir. Vərəqə daxil olan markalar:
1. Texas ağacdələni - 0.2 AZN
2. Qaratoyuq - 0.3 AZN
3. Hildebrandt sığırçını - 0.6 AZN
4. Adi sığırçın - 0.2 AZN
5. Qırqovul - 0.3 AZN
6. Şanapipik - 0.6 AZN
Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Bunlara əlavə olaraq “Birinci gün” zərfləri də hazırlanıb. Zərflərin sayı isə 200 ədəddir.
Layihənin rəssamı Nərmin Abdullayeva, dizayneri isə Anar Mustafayevdir.