Bakı. Trend:
Son illər Bakıda piyadalaşmış küçələrin sayı da artmaqdadır. Bu küçələrdən biri də paytaxtın mərkəzində yerləşən Əziz Əliyev küçəsidir. Artıq bir neçə aydır ki, küçə avtomobillərin hərəkəti üçün bağlanıb. Yol həm piyadaların, həm də velosipedçilərin ixtiyarına verilib. Bu da sakinlərin rahat gediş-gəlişinə səbəb olub.
Artıq küçədə insanlar rahat əylənə də bilirlər.
Trend xəbər verir ki, Əziz Əliyev küçəsində çəkilən və sosial şəbəkələrdə populyarlıq yığan video insanların marağına səbəb olub.
Piyadalaşmış Əziz Əliyev küçəsindəki fləşmob dünya ulduzu Leydi Qaqanın da diqqətin çəkib.