Bakı.Trend:
Amerikalı milyarder İlon Maskın sahib olduğu “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi orbitə kosmik rəsədxana tipli “SPHEREx” peykini çatdırıb.
Trend xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata əsasən, teleskop-peyk kainatın yaranma prosesini, onun meydana gəlməsinin ilk anlarını tədqiq etmək üçün nəzərdə tutulub.
“SPHEREx” optik və infraqırmızı işıqda məlumatları toplamaqla kainatın xəritəsini tərtib edəcək.