Bakı. Trend:
Oturacaqla həyata keçirilən sadə bir sınaq 30 saniyə ərzində erkən ölüm riskinin yüksək olub olmamasını müəyyən etməyə imkan verir.
Trend xəbər verir ki, bunu uzunömürlülüklə bağlı kitabların müəllifi, terapevt Don Harber “HuffPost” nəşrinə bildirib.
Harperin sözlərinə görə, orqanizmin cavanlığını müəyyənləşdirmək məqsədilə saniyəölçəni 30 saniyəyə qoymaq və həmin vaxt ərzində insanın stula neçə dəfə oturub durduğunu ölçmək lazımdır.
“Orta hesabla 60 yaşlı kişilər 14 dəfə, eyni yaşdakı qadınlar isə 12 dəfə oturub-dura bilirlər. Əgər nəticəniz bu göstəricilərdən xeyli aşağıdırsa, yıxılma və erkən ölüm riski artır,” – həkim bildirib.
Eyni zamanda, Harper bu riskin azaldıla biləcəyini vurğulayıb: bunun üçün məşq etməyə başlamaq, balans və dözümlülük üzrə tapşırıqlar yerinə yetirmək lazımdır.
Həkim əlavə edib ki, yaş artdıqca bu testin nəticələri də aşağı düşür. 65-69 yaş aralığında kişilər üçün norma 12, qadınlar üçün isə 11-dir . 80-84 yaşda bu göstəricilər kişilər üçün 10, qadınlar üçün 9-a düşür. 90 yaşlı kişilər orta hesabla 7, qadınlar isə 4 oturub qalxma edə bilirlər.