...

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Avropa parlamenti Qafqazdakı münaqişhələrlə bağlı yeni məruzə hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 02:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ Avropa Parlamentinin Cənubi Qafqazdakı münaqişələr üzrə məruzəçisi münaqişələrlə bağlı yeni məruzə üzərində işləyir. Trend in verdiyi məlumata görə bu sözləri çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq Komitəsinin iclasında işitirak edən Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Beguin bildirib.

Onun sözlərinə görə yaxın günlərdə hazırlanan məruzə müzakirəyə təqdim ediləcək.

Beguinin sözlərinə görə, Bakıda keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət də müzakirə olunub. O deyib ki, Avropa İttifaqının mövqeyi ondan ibarətdir ki, "dondurulmuş" münaqişələr Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasına, qonşuluq siyasəti planının həyata keçirilməsinə mane olur: "Dondurulmuş" münaqişələr eyni zamanda bölgə ölkələrinin inkişafına mane olur, sabitliyə ciddi təhlükə yaradır".

Xəbər lenti

Xəbər lenti