...

Azərbaycanlı politoloq: "Qarabağ probleminin nizamlanması Ermənistan rəhbərliyinin dəyişməsindən deyil, ermənilərin siyasətinin dəyişməsindən asılıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2007 17:47 (UTC +04:00)
Azərbaycanlı politoloq: "Qarabağ probleminin nizamlanması Ermənistan rəhbərliyinin dəyişməsindən deyil, ermənilərin siyasətinin dəyişməsindən asılıdır"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanlı müstəqil politoloq Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin Ermənistandakı prezident seçkilərinə qədər və bundan sonra həllini gözləməyin düzgün olmadığını hesab edir.

"Münaqişənin nizamlanması Ermənistan rəhbərliyinin dəyişməsindən deyil, ermənilərin siyasətinin dəyişməsindən asılıdır" - deyə o, çərşənbə günü Trend ə müsahibəsində bildirib.

Sülh müqaviləsinin demək olar ki, hazır olduğunu əmin edən həmsədrlərin böyük işini qeyd edərək, o xatırladıb ki, münaqişə tarixində artıq bu cür olub. 1996-1997-ci illərdə nəinki tərəflər sülh müqaviləsi layihəsini hazırlayıblar, iki ölkənin eks-prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan hətta mərhələli plan barədə razılıq barəsində də elan etmişdilər. "Nəticədə isə heç nə" - deyə politoloq söyləyib.

"Həmsədrlərin işinin indi konkret nəticələr verəcəyi ilə bağlı mənim ümidlərim azdır. Əgər prezident seçkilərindən də sonra ermənilər əvvəlki kimi Azərbaycana münasibətdə öz ambisiyalarını həyata keçirməyə cəhd edəcəklərsə, münaqişə həll olunmayacaq" - deyə Musabəyov hesab edir.

Amerikal həmsədr Metyu Brayzanın çərşənbə axşamı sülh müqaviləsinin demək olar hazır olması və bəzi nüansların həll olunmaması ilə bağlı fikirlərini şərh edərkən politoloq bildirib ki, əgər bu nüanslar Dağlıq Qarabağın Azərbaycanın tərkibində olub-olmaması ilə bağlıdırsa, onlar öncə əldə olunmuş bütün razılıqları üstələyir.

"Hazırkı vəziyyətdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində böyük dəyişikliklər gözləmir" - deyə bu gün brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Mən Ermənistanın indiki hakimiyyətindən münaqişənin nizamlanmasında uğura nail olunmasına inanmıram" - deyə o söyləyib.

Nazir müavini bir daha münaqişənin sülhlə həll olunması ilə bağlı Azərbaycanın mövqeyini xatırladaraq əlavə edib ki, Azərbaycan İinsk qrupunun səylərini dəstəkləməyə hazırdır və nizamlamanı Paris prosesi çərçivəsində davam etdirmək niyyətindədir. "Paris prosesi çərçivəsində əldə olunmuş nəticələri itirmək düzgün olmazdı" - deyə o söyləyib.

Cənubi Qafqazın iki ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti