...

Londonda Dağlıq Qarabağ haqqında filmin təqdimatı keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2007 13:45 (UTC +04:00)

Böyük Britaniya, London / Trend , müxbir G.Əhmədova/ Sentyabrın 27-də Londonun Müasir İncəsənət İnstitutunda Qarabağdan olan azərbaycanlı və erməni jurnalistlər Azərbaycanın Dağlıq Qarabağ regionu ilə bağlı birgə çəkdikləri filmi təqdim edəcəklər. Bu, 10 ildən artıq muharibə şəraitində yaşayan iki millətin jurnalistələrinin birgə hazırladığı unikal bir incəsənət əsəridir.

Trend in London İnstitutu tərəfindən yayılan məlumata əsasən verdiyi məlumata görə, film tərəflərin "Film vasitəsilə dioloq" təşəbbüsünün və Britaniyanın "Barışıq resursları" qeyri-hökumət təşkilatının təşəbbüsünün bir hissəsidir. Filmi yaradan tərəflər müştərək yaratdıqları materialın müzakirələrində iştirak edəcəklər.

Film altı hissədən ibarətdir, "Qarabağ haqqında sehirli nağıl", "Sındırılmaz", "Məhv olunmuş", "13 ildən sonra", "Böcəkudan", "Yenidən doğulma". Hissələrin üçü azərbaycanlı, qalanları isə erməni jurnalistləri tərəfindən çəkilib.

Filmin təqdimatında Böyük Britaniyanın Azərbaycan və Ermənistan diasporu nümayəndələrinin iştirakı gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti